Rəqəmsallaşdırma

Müştərilərimiz üçün daha asan və əlverişli olsun deyə, xidmətlərimizi rəqəmsallaşdırırıq. Maliyyə xidmətlərində innovasiyaları təşviq edirik.

Sahibkarlar Klubu

Biz iqtisadiyyatımızın əsas aparıcı istiqamətlərindən olan kiçik və orta sahibkarlığın inkişafına töhfə verir, biznesi inkişaf etdirə biləcək imkanları düzgün dəyərləndiririk.

Ətraflı

Mobil bankçılıq

Xidmətlərimizdən banka gəlmədən istifadə üçün mobil bankçılıq sistemimizi yaratmışıq. Burada hesabınızı idarə edə, ödənişlər apara, başqa əməliyyatlar həyata keçirə bilərsiniz. Bütün xidmətlər əlinizin altındadır.

IBA Link xidməti

Virtual POS terminal funksiyasını yerinə yetirən IBA Link xidmətini istifadəyə verdik. Hər bir sahibkar bu xidmətə qoşulmaqla maksimum 2 gün ərzində öz e-commerce sistemini qura bilər.

Ətraflı

Məsafədən hesab

Korporativ müştərilərə bank hesablarını banka gəlmədən internet üzərindən açmaq imkanı yaratdıq. ‘’ASAN’’ imzaya malik hər bir hüquqi şəxs, yaxud fərdi sahibkar bu imkandan istifadə edə bilər.

Ətraflı

İnnovativ layihələr ekosisteminin qurulmasına
kömək göstəririk.

Tez-tez verilən suallar

Açıq innovasiya həll ideyalarını həm xarici, həm də daxili mənbələrdən əldə edən müəssisə və təşkilatların konsepsiyası və tətbiqidir. Bankçılıqda “açıq innovasiya” deyərkən innovasiya proqramları, yəni hakatonlar, inkubasiya, sürətləndirici, eyni zamanda məhsulların API xidmətlərinə inteqrasiyasının mövcudluğu nəzərdə tutulur.
Azərbaycan Beynəlxalq Bankında belə bir mərkəzin yaradılmasında məqsəd həyata keçirilən rəqəmsal transformasiya istiqamətlərini dəstəkləmək, inkişaf etdirməkdir. Rəqəmsal proqramımız vasitəsilə veb və mobil xidmətlərimizi genişləndirəcəyik. İnnovasiya Mərkəzi rəqəmsal xidmətlərin yaxşılaşdırılmasına yol açacaq.
IBA Innovasiya Mərkəzi startaplar vasitəsilə yeni texnoloji ideyalar, məhsullar, həllər və xidmətlərin tətbiqi hesabına bankın rəqəmsal və onlayn xidmətlərini inkişaf etdirən açıq innovasiya proqramıdır.. Azərbaycan Beynəlxalq Bankının strategiyasına uyğun olaraq, İnnovasiya Mərkəzi yeni texnologiyaların tətbiqi hesabına Kiçik və Orta Sahibkarlıq, eləcə də pərakəndə bankçılıq istiqamətlərinin genişləndirilməsini nəzərdə tutur.
Əsas hədəflər Azərbaycanda və ümumən regionda aparıcı, davamlı FinTech ekosistemini təmin etməkdir. Maliyyə xidmətlərində innovasiyaların təşviqini, KOS və fiziki şəxslər üçün rəqəmsal platformaların inkişafını, yeni texnologiyaların istifadəsi üçün istedadların yetişdirilməsini, sahibkarların innovativ ideyalarının dəstəklənməsini və yeni texnologiyalardan (Süni intellekt, Paylanmış Ledger Texnologiyaları (DLT), avtomatlaşdırma və mobil xidmətlər və s.) effektiv şəkildə istifadəni qarşımıza hədəf qoymuşuq.
Hakaton, inkubasiya, sürətləndirici, korporativ sahibkarlıq, açıq bankçılıq və IBA Tech İnnovasiya Mərkəzinin əsas proqramlarıdır. Bu səpkidə digər proqramlar da nəzərdə tutulur.
Proqramlar haqqında daha çox məlumatı aşağıdakı linklərə daxil olaraq əldə edə bilərsiniz: www.ibahackathon.com
www.ibatech.az
DAHA ƏTRAFLI

Bizimlə əlaqə

Suallarınız var?

29, Neftçi Qurban küç., Səbail ray., Bakı, Azərbaycan

İnkubasiya proqramımıza qoşulmaq üçün, GƏL!

Müraciət et
Yuxarı